Ana səhifə / Sosial / Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı çağırış etdi

Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı çağırış etdi

Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlarla bağlı daxil olan müraciətlər, KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır və həmin şəxslərə lazımi dəstək göstərilir.

Bu barədə Komitənin yaydığı məlumatda deyilir.

“Çöx təəssüfedici məqamlardan biri də hər kəsin ilk növbədə öz yaxınlarına qayğı göstərməli olduğu bu çətin pandemiya dövründə belə uşaqların gözü qarşısında onların doğmasına, xəsarət yetirilməsi, öldürülməsi, uşaqların baxımsız vəziyyətdə tərk edilməsi, onlara qarşı alçaldıcı və təhqiredici davranışın törədilməsi və bu halları əks etdirən video görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarının baş verməsidir.

Bu günlərdə iki uşağa qarşı alçaldıcı davranışa yol verən və bunun video görüntüsünü sosial şəbəkələrdə yerləşdirən bir şəxs barəsində məlumat yayıldı. Həmin şəxsin video görüntüdəki uşaqlardan birinin valideyni olduğu müəyyən edildi. Komitənin müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən həmin şəxs barəsində dərhal müvafiq tədbirin görülməsi cox təqdirəlayiq haldır”.

Məlumatda qeyd edilib ki, belə hallların təkrarlanmaması üçün onlara vaxtında hüquqi qiymətin verilməsi olduqca vacibdir.

“Unutmaq olmaz ki, risq vəziyyətində olan, zorakılığa məruz qalan uşaqların görüntülərinin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə yerləşdirilməsi azyaşlıların hüquqlarının pozulması kimi dəyələndirilərək məsuliyyətə səbəb olduğu kimi,belə halların KİV-lərdə, internet resurslarında və telekommunikasiya şəbəkələrində yayılması,uzun müddət saxlanılnşması da KİV haqqında qanunvericiliyin müddəalarının bu resursların rəhbərliyi tərəfindən kobud şəkildə pozulması kimi qiymətləndirilməklə müvafiq məsuliyyət yaradır.

Hazırda tərəfimizdən uşaqların hüquqlarının müdafiəsi üzrə işlər aparılır. Davamlı olaraq yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla, qəyyumluq və himayə orqanları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bütün qeyd olunanları vurğulamaqla yanaşı hazırki sosial təcrid və məhdudiyyətlər dövründə uşaqların daha həssas durumda olduqlarını nəzərə alaraq, ilk növbədə valideynlərdən və ailələrin digər üzvlərindən xahişimiz budur ki, uşaqlara qarşı diqqətli olsunlar, münaqişələrdən çəkinsinlər. Uşaqların evdə səmərəli vaxt keçirmələrinə şərait yaratsınlar, anlayışlı olmaqla övladlarına stress və gərginliyi azaltmaqda kömək etsinlər. Uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda isə müvafiq dovlət orqanlarına vaxtında məlumatı çatdırsınlar.

KİV və internet resurslarının rəhbərlərinin diqqətini isə İnformasiyanın alınması,emalı və yayılması prosesində uşaq hüquqlarının qorunmasına , beynəlxalq və milli qanunvericiliyin, eləcə də peşə etikasının tələblərinə əməl edilməsinin vacibliyinə bir daha cəlb etmək istərdik”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …