Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Dövlət İmtahan Mərkəzinin xarici dildən doktoranturaya qəbul imtahanı kütləvi narazılıq doğurdu…

Dövlət İmtahan Mərkəzinin xarici dildən doktoranturaya qəbul imtahanı kütləvi narazılıq doğurdu…

Ötən bazar günü yanvarın 26-da DİM-in Memarlıq və İnşaat Universitetinin binasında doktoranturaya qəbul üzrə xarici dildən keçirdiyi imtahan iştirakçılar arasında narazılıq doğurub. İştirakçılar sualların hədsiz çətin və mürəkkəb olduğunu, bunun məqsədyönlü şəkildə belə təşkil olunduğunu iddia ediblər. Onlar deyirlər ki, doktorantura imtahanına gələnlər əsasən neçə il öncə ilk təhsil pilləsini başa vurmuş şəxslər olduqları üçün, həm də xarici dil imtahanları ilk dəfə test qaydasında keçirildiyi səbəbindən test suallarının tərtibatı reallığa uyğun deyil. Xüsusilə qrammatika, oxu və dinləmənin hədsiz qəliz olduğu iddialar sırasındadır. Məlumata görə, doktorantura imtahanının iştirakçılarının bir qrupu hətta DİM-ə şikayət ediblər və aldıqları cavab onların narazılığını daha da artırıb. Belə ki, şikayətçilərə onların sayca az olduqları və bu üzdən şikayətin ciddi olmadığı kimi cavabın verildiyi bildirilir. Həmçinin onlara rəsmi nəticələr açıqlanandan sonra şikayət etmək hüququna malik olduqları da izah edilib.

Azinforum.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …