Ana səhifə / Sosial / “Dövlət himni haqqında” Əsasnamədə dəyişiklik…

“Dövlət himni haqqında” Əsasnamədə dəyişiklik…

“Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də dəyişiklik ediləcək.

Əsasnamənin 6-cı maddəsində əsasən, hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. Bu maddədəki “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizlik və xarici kəşfiyyat” sözləri ilə əvəz edilir.

Eyni məzmunlu dəyişiklik Əsasnamənin 10-cu maddəsində edilir. Azərbaycan Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycanın idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir. Bu maddədə də “Milli təhlükəsizlik” sözü “dövlət təhlükəsizlik və xarici kəşfiyyat” sözü ilə əvəz ediləcək.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (Report)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın