Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Sosial / “Dövlətin problemləri həll etdikdən sonra “uşaqpulu” vermək niyyəti var”

“Dövlətin problemləri həll etdikdən sonra “uşaqpulu” vermək niyyəti var”

“Uzun müddətdir mətbuatda da, sosial şəbəkələrdə də “uşaqpulu” ilə bağlı müzakirələr gedir. Sözsüz ki, dövlətimiz gücləndikcə, kiçik bir irəliləyişi, uğuru əhalinin rifahına, sosial müdafiəsinə həsr edir. Cənab Prezident bütün çıxışlarında bildirir ki, dövlətin prioritet məsələsi sosial problemdir, sosial müdafiənin gücləndirilməsidir. Bu günə qədər sosial istiqamətdə xeyli işlər görülüb. Hələ Vətən Müharibəsi başlamamışdan öncə parlamentin bütün müzakirələrində, eləcə də müvafiq hökumət orqanlarında “uşaqpulu” məsələsi müzakirə olunub. Azərbaycan ailələrinə “uşaqpulu” verilməsi ilə bağlı müsbət fikirlər də səslənir. Bununla bağlı dövlətimizin qarşıdakı proqnozları, prioritetləri də müəyyənləşdirilib. Təəssüf ki, tarix elə gətirdi, koronavirus pandemiyası başladıqdan sonra  Azərbaycanda gözlənilmədən müharibə də başladı. Yaralar, itkilər, sosial problemlər… Bütün bunlar dövlətin qarşısında qoyduğu bəzi hədəfləri dəyişmək məcburiyyəti yaratdı”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahim qızı deyib.

O bildirib ki, koronavirus səbəbindən əksər ölkələrdə ciddi iqtisadi böhran yaranıb, amma Azərbaycanda əhali bunu hiss etməyib:

“Azərbaycan ailələrinə, cəmiyyətimizə çağırış etmək istəyirəm ki, dövlətin gələcəkdə “uşaqpulu” verməsi ilə bağlı müsbət niyyəti var. Amma biz hər bir şeydə ehtiyac və imkanları uyğunlaşdırmalıyıq. Bu gün şəhid ailələrinin sosial problemlərini həll etməli, şəhid övladlarının qayğısına daha çox qalmalıyıq, qazilərin müalicəsi həyata keçirməli, 1 milyondan artıq keçmiş məcburi köçkünü yurduna qovuşdurmalıyıq, azad olunmuş ərazilərimizi minadan təmizləməliyik… Hələ nə qədər işlər var. Qarabağa “Böyük Qayıdış” başlayıb. Çünki Azərbaycanı sevməyən qüvvələr, erməni lobbisi bu gün İrəvanda aranı qarışdırmaq istəyir. Məqsədləri qazandığımız, yeni reallıq yaratdığımız bölgədə problem yaratmaqdır. Ona görə də bu gün əsas hədəfimiz bu istiqamətdədir. Azərbaycanın içində müəyyən qüvvələr var ki, bu məsələdən də istifadə edirlər. Amma əminəm ki, “uşaqpulu” problemi də müsbət həllini tapacaq”.

Həmçinin oxuyun

Sərnişinə təpik atan sürücü işinə qaytarıldı – VİDEO

Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində insident yaşanıb. …