Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Sosial / Dövlət qurumu avtomobillərə izləmə cihazları quraşdıracaq

Dövlət qurumu avtomobillərə izləmə cihazları quraşdıracaq

Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “A+A Security” MMC (VÖEN – 1400109131) olub.
Qida Təhlükəsizliyi İnstitutu “A+A Security” MMC-dən avtomobillər üçün izləmə cihazları (GPS) alacaq. MMC bu cihazların quraşdırılmasını və bir illik xidmətləri də həyata keçirəcək. Ümumilikdə, Qida Təhlükəsizliyi İnstitutu 100 ədəd belə cihaz alıb avtomobillərə quraşdıracaq. Alınacaq cihazlar,onların quraşdırılması və bir illik xidmət üçün 15 min 104 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, “A+A Security” MMC 08.06.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəşid Behbudov, ev 31-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilova Ülviyyə Kərim qızıdır.
“A+A Security” MMC-nin “A+A Şirkətlər Qrupu”na daxil olduğu bildirilir. 1991-ci ildən fəaliyyət göstərən “A+A Şirkətlər Qrupu” əsasən tikinti və təmir sahəsində ixtisaslaşıb. Yeniavaz.com

Həmçinin oxuyun

Şərurlu İsfəndiyar: “Bizim binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Türkiyədə yeni tikilən çoxmərtəbəli binaların …