Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Sosial / Dövlət qurumlarının avtomobilləri “su qiymətinə” satışa çıxarılır

Dövlət qurumlarının avtomobilləri “su qiymətinə” satışa çıxarılır

Oktyabrın 29-da dövlət qurumlarının balansında olan bəzi nəqliyyat vasitələri hərraca çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda 11 avtomobil təqdim olunacaq.

Milli Məclisin İşlər İdarəsinin balansında olan dörd ədəd “Nissan Maxima” satışa çıxarılır. Onlardan biri qəzalı vəziyyətdədir və ilkin qiyməti dörd min manatdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus 2005-ci il buraxılışlı “Chevrolet Niva” altı min manata təqdim olunacaq.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında  və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq. oxu.az

Həmçinin oxuyun

YDM-lərdə həm cibə girirlər, həm də maşına ziyan vururlar

Uzun illərdir ölkəmizdə yanacaqdoldurma məntəqələrində (YDM) benzinin əskik vurulması, litrdə kələk gəlinməsinə dair iddialar, ittihamlar …