Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Dövlət qızı olan ailələrə güzəşt hazırlayır? – RƏSMİ

Dövlət qızı olan ailələrə güzəşt hazırlayır? – RƏSMİ

Rəsmi statistikaya görə, Azərbaycanda oğlan uşaqlarının sayı qızları üstələyir. 

2018-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127 min 681 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Məlum olduğu kimi, cinslərin sayında kəskin fərqin olması demoqrafik problemə yol açır. Bəs, qız uşaqlarının doğumunun stimullaşdırılması üçün dövlət tərəfindən hansı tədbirlərin görülməsi nəzərdə tutulur? 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Cebhe.info-ya açıqlamasında dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda xüsusilə yeni doğulmuş körpələrin arasında cinsi disbalansın olmasından təəssüfləndiyini dedi: 

“Bu, hazırda cəmiyyəti narahat edən məsələlər sırasındadır. Amma burada iki nüansa diqqət yetirmək lazımdır. Disbalans təbii olaraq baş verərsə, bu halda hansısa tədbirlər görülə bilməz. Amma təəssüf ki, cinsi nisbətin pozulması qız uşaqlarına münasibətdən irəli gəlir. Buna görə də bu məsələ Komitə üçün prioritet məsələlərdən biridir. Hələ 2012-ci ildə ölkədə ilk dəfə olaraq, Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına zəmin yaradan səbəblərlə bağlı tədqiqat aparıldı. Tədqiqatın nəticələri aidiyyatı dövlət qurumlarının diqqətinə çatdırıldı. Bundan sonra cənab prezident tərəfindən 2014-2020-ci illər üçün “Ana və Uşaqların Sağlamlığının Yaxşılaşdırılmasına dair Dövlət Proqramı” qəbul edildi. Həmin proqramda selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsi məsələsi də qoyulub. Həmin ildən etibarən Komitə bu məsələni prioritet məsələ kimi gündəmdə saxlayır. Eyni zamanda, biz beynəlxalq təşkilatların – BMT-nin Əhali Fondu, Niderland Krallığı, Avropa İttifaqının maliyyə dəstəyi ilə selektiv abortların qarşısının alınması, qız uşaqlarına dəyər verilməsi məqsədilə layihələr həyata keçirmişik. Bu layihələrdə bizim hökumət tərəfdaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləridir. Biz bu tədbirləri keçirərkən təbliğ edirik ki, övladın cinsi vacib deyil. Vacib məsələ xeyirli övladın yetişdirilməsidir”. 

Aynur Veysəlovanın sözlərinə görə, bu məsələləri əhatə edən milli fəaliyyət planı hazırlanıb və 2018-ci ilin sonlarında həmin planın ictimai dinləməsi keçirilib. Həmin plan aidiyyatı qurumlara təqdim olunub və hazırda rəylərin yığılması prosesi gedir: 

“Hökumət doğulan işlərin cins nisbətinin aradan qaldırılması üçün böyük işlər aparır, inanırıq ki, milli fəaliyyət planı da cins nisbətinin disbalansının aradan qaldırılması üçün də önəmli rol oynayacaq”. 

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …