Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Dövlət idarəsi “Mamed” adının qadağan olunmadığını deyir

Dövlət idarəsi “Mamed” adının qadağan olunmadığını deyir

“Məmməd adının qoyulması qadağan deyil”

Bunu iyulun 10-da Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, “Məmməd”, “Mamed” adları ilə bağlı Komissiyada heç bir müzakirə aparılmayıb, yaxın vaxtlarda heç bir jurnalistə bu barədə hansısaa açıqlama verilməyib. 

“Terminologiya Komissiyasının məqsədi adlar qoymaq, qeydə almaq deyil. Adlar Ədliyyə Nazirliyinin nəzdində qeydiyyat idarələri tərəfindən qeydə alınır. Ölkədə bir gündə minlərlə körpə dünyaya gəlir və körpələrə qoyulan adlar həmin qeydiyyat idarələri tərəfindən aparılır. Terminologiya Komissiyasına isə adların yazılışı forması ilə bağlı müraciət olunur. Bir sözlə, Terminologiya Komissiyası ad qoymur, onların yazılış formasına münasibətini bildirir. Məsələn, bizə bu yaxınlarda Səməd adının “Samed” kimi yazılması üçün müraciət olunub. Azərbaycan dilinin orfoqrafiya qaydaları, adların yazılış formaları, ədəbi dil qaydalarına uyğun olaraq adların yazılış forması müəyyən edilərək qeydiyyat idarələrinə təqdim olunub. Bizim vəzifəmiz bundan ibarətdir. Nə “Məmməd”, nə “Mamed” adlarının qadağan olunması məsələsi Terminologiya Komissiyasında müzakirə olunmayıb”.

S.Sadıqova vurğulayıb ki, 2015-ci ildə “Məmməd”, “Məhəmməd”, “Mamed”, “Muhammed” adlarının hansının yazılışının düzgün hesab olunması mövzusu müzakirə olunub və bu zaman onların “Məmməd” və “Məhəmməd” kimi iki formada yazılışı tövsiyə edilib: “Bizim işimiz ad qadağası qoymaq deyil, insanları bu cür çaşdırmaq olmaz”.

Qeyd edək ki, “Məmməd”, “Mamed” adlarının qadağan olunması ilə bağlı xəbəri yerli media dünən paylaşıb. Bu barədə istinad Sayalı Sadıqovaya verilmişdi. 
Report

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …