Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Sosial / Dövlət Departamentinin nümayəndəsi Bakıda jurnalistlər qarşısına çıxdı

Dövlət Departamentinin nümayəndəsi Bakıda jurnalistlər qarşısına çıxdı

“Mənim üçün azad, müstəqil və demokratik Azərbaycana növbəti dəfə səfər etmək böyük şərəfdir”.

Bunu Amerikanın Bakıdakı səfirliyində keçirilən tədbirdə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink deyib.

B.Brink qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, o bu gün Azərbaycanın rəhbərliyi, həmçinin vətəndaş cəmiyyətinin və müxalifətin nümayəndələri ilə görüşüb.

Görüşlərdə ReAL hərəkatının lideri İlqar Məmmədovun azad olunması məsələsi qaldırılıb, çünki, Bridcet Brinkin sözlərinə görə, ABŞ bu məsələni çox əhəmiyyətli hesab edir.

Bundan başqa, görüşlərdə korrupsiya ilə mübarizə, şəffaflıq və iqtisadi islahatlarla bağlı məsələlər müzakirə edilib. Bridcet Brink həmçinin Azərbaycan prezidenti İlham Əliyevin xarici qrantlar haqqında son fərmanını yüksək qiymətləndirib.

B.Brink Azərbaycana, Amerika demokratiyasının modelini nümunə gətirib və qeyd edib ki, ABŞ-ı söz, sərbəst toplaşmaq və dini azadlıqlar olmadan təsəvvür edə bilmir.

ATƏT-in Minsk Qrupunun həmsədri postunda Ceyms Uorlikin dəyişməsi məsələsinə toxunan Bridcet Brink onun diplomatik missiyasını yüksək qiymətləndirib və qeyd edib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Onun sözlərinə, ABŞ münaqişənin nizama salınması üçün bundan sonra da səylərini əsirgəməyəcək. (Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda mobil və sabit internetin sürəti dekabrda azalıb

2020-ci ilin dekabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,44 Mbit/s-ə …

Bir cavab yazın