Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı artırıldı

Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı artırıldı

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin xidməti minik avtomobillərinin say artırılıb.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə dəyişiklik edilib.

Beləliklə, Dövlət Agentliyinin xidməti minik avtomobillərinin sayı 2-dən 3-ə qaldırılıb.

Həmçinin oxuyun

326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

Məlum olduğu kimi, tədris ili başlayanda valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli formalarıdır. Problenm ondadır …