Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Dövlətə xəyanət edənlərin əlləri kəsilməlidir” – VİDEO

“Dövlətə xəyanət edənlərin əlləri kəsilməlidir” – VİDEO

“Dövlətə, ölkə başçısına xəyanət edənlərə qarşı ölüm cəzasını tətbiq eləmək lazımdır. Onları güllələmək lazımdır. Onları basdırmaq yox, yandırmaq lazımdır ki, digərlərinə də dərs olsun ki, dövlətə və millətə xəyanət edənlərin aqibəti belə olacaq. Mənim əziz qardaşımın ətrafındakılarının bəziləri onun çörəyini yeyib, dədəmiz Heydər Əliyevin çörəyini yedilər, sonra da xəyanət etdilər. Xəyanətin gözü-qaşı olmur ki? Bir hissəsi xalqı dövlət başçısınınü zərinə qaldırmaq istəyir, bir hissəsi, cinayətkarlıq edir, bir hissəsi qanunları vecinə almır, bir hissəsi də hərbi hissələrdə belə xəyanətkarlıqla məşğul olur. Ona görə də, xəyanətkarları güllələmək lazımdır”.
Bunu Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş bir qrup hərbçi və mülki şəxslərin dövlətə xəyanəti haqqında Kanal15.tv-yə açıqlamasında Müasir Müsavat pariyasının sədri Hafiz Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu hadisə onu çox üzüb: “Bu hadisə vətənini sevən, dövlətinin yolunda canını qoyan bir partiya sədri kimi, Azərbaycanın müstəqilliyi uğrunda canını verən iki şəhidin əmisi oğlu kimi məni çox üzür. Bu hal təkcə bəzi hərbi hissələrdə deyil, eləcə də, belə xəyanətkarlar Azərbaycan hakimiyyətinin daxilində, FETO-nun xidmətçiləri olaraq fəaliyyətdədir. Hər an partlaya bilərlər. Görün, müharibə aparan bir dövlətin hərbi hissəsində nələr baş verir”.
Partiya sədri deyib ki, bu xəyanət araşdırılandan sonra arxasından böyük məsələlər ortaya çıxacaq: “Mən vətənini, Prezidentini həddindən artıq sevən bir partiya sədri kimi deyə bilərəm ki, təcili olaraq içimizdə olan o xəyanətkarların əlləri kəsilməlidir. Azərbaycan dövlətinə, onun başçısına xəyanət edən qruplaşmalar məhv edilməlidir. Bunlar nə qədər ki, məhv edilməyəcək, əlləri bir o qədər çox uzanacaq hərbi hissələrə, polis orqanlarına. Gördünüz də, keçmiş MTN-in Azərbaycana vurduğu zərbəni bu 20 ildə hələ heç kəs vurmamışdı. Ona görə də, bu məsələnin arxasında duran xüsusi qüvvələr var. Bu qüvvələr ortaya çıxandan sonra kimlər o hərbçiləri öyrədib hamısı üzə çıxacaq”.
H.Hacıyev dövlətə xəyanət edənlərlə birgə mübarizə aparmaq üçün bəzi detalları da açıqlayıb: “Mən dəfələrlə demişəm ki, gəlin ölkə başçısının ətrafında sıx birləşək, ona sadiq olaq, qoy, o da ətrafındakı ona xəyanət edən qüvvələrdən canını qurtarsın. Nə qədər ki, bu olmayıbdır, Azərbaycanda xəyanət baş alıb gedəcək. Bu gün Azərbaycanda txribatlar törətmək istəyən güclər var ki, onlar ölkə başçısının əleyhinə birləşib iş görürlər. Mən ürək ağrısı keçirirəm ki, Azərbaycan ordusunda belə bir hadisə baş verdi. Doğrudur, bizim ordumuz güclü ordudur. Zakir Həsənov ordunun rəhbərliyinə gələndən sonra çox böyük işlər görüb. Amma çox təəssüflər olsun ki, ermənilərə işləyən, ermənilərlə qohum olan insanlar hələ də var imiş”.
“Bunlar Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər. Bu qarışıqlığın yaranmasında qonşu dövlətlərin də, xarici qüvvələrin də marağı var. Buna görə də, biz hər an ayıq olmalıyıq. Biz hamımız Prezidentin ətrafında birləşib onun əleyhinə olanlarla mübarizə aparmalıyıq” – deyə, Hafiz Hacıyev qeyd edib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın