Ana səhifə / Sosial / Döv­lət Du­ma­sın­da niyə azər­bay­can­lı­ deputat təmsil olunmur?

Döv­lət Du­ma­sın­da niyə azər­bay­can­lı­ deputat təmsil olunmur?

Ələm­dar Nə­bi­yev: “Baş­lı­ca sə­bəb on­dan iba­rət­dir ki, öz­lə­rin­də ira­də ta­pıb gü­cü bir ye­rə qo­ya bil­mir­lər”

Ru­si­ya­da sentyab­rın 18-də ke­çi­ri­lən seç­ki­lə­rin il­kin nə­ti­cə­lə­ri bəl­li olub. Ru­si­ya Döv­lət Du­ma­sın­da­kı 450 yer­dən 225-nə seç­ki­lər pro­por­si­o­nal, qa­lan 225-nə ma­jo­ri­tar əsas­da ke­çi­ri­lib. Seç­ki­lə­rin il­kin nə­ti­cə­lə­ri­nə əsa­sən heç bir sen­sa­si­ya baş ver­mə­yib və səs­lə­rin ək­sə­riy­yə­ti­ni ha­kim par­ti­ya qa­za­nıb. Bax­ma­ya­raq ki, bu seç­ki­lər Ru­si­ya­da cid­di so­si­al-iq­ti­sa­di çə­tin­lik­lə­rin ya­şan­dı­ğı bir vaxtda ke­çi­ri­lib.
Du­ma­ya ke­çi­ri­lən seç­ki­lər­də ha­kim “Va­hid Ru­si­ya” Par­ti­ya­sı qa­lib gə­lib. Nə­ti­cə­lə­rə əsa­sən, “Va­hid Ru­si­ya” 54,28 %, Kom­mu­nist Par­ti­ya­sı 13,61 %, Li­be­ral-De­mok­rat Par­ti­ya­sı 13,37 %, “Əda­lət­li Ru­si­ya” Par­ti­ya­sı isə 6,17 % səs top­la­yıb. Di­gər 10 si­ya­si par­ti­ya 5 %-lik mi­ni­mum həd­di aşa bil­mə­yib. Be­lə­lik­lə, il­kin he­sab­la­ma­la­ra əsa­sən, Döv­lət Du­ma­sı­na seç­ki­lər­də 4 par­ti­ya qə­lə­bə qa­za­nıb.
“Va­hid Ru­si­ya” 135 man­dat, Li­be­ral-De­mok­rat Par­ti­ya­sı və Kom­mu­nist Par­ti­ya­sı 37 man­dat, “Əda­lət­li Ru­si­ya” Par­ti­ya­sı isə 16 man­dat qa­za­nıb. Mə­lu­mat üçün qeyd edək ki, de­pu­tat man­da­tı uğ­run­da 14 si­ya­si par­ti­ya və 2100-ə ya­xın müs­tə­qil na­mi­zəd mü­ba­ri­zə apa­rıb.
Ma­raq­lı­dır ki, seç­ki­lər­də bir nə­fər də ol­sun azər­bay­can­lı na­mi­zəd iş­ti­rak et­mə­yib. Nə­zə­rə al­saq ki, ora­da ya­şa­yan azər­bay­can­lı­la­rın ümu­mi sa­yı 2 mil­yon nə­fər­dən çox­dur və on­la­rın ço­xu öl­kə və­tən­da­şı­dır, bu ba­xım­dan be­lə ha­lın ya­şan­ma­sı tə­əc­cüb do­ğu­rur. Bu qə­dər azər­bay­can­lı­nın için­dən nə­in­ki bir de­pu­ta­tın se­çil­mə­mə­si, de­pu­tat­lı­ğa na­mi­zə­din be­lə ol­ma­ma­sı tə­əs­süf do­ğu­rur.
Xa­tır­la­daq ki, 1907-ci il­də se­çil­miş çar Ru­si­ya­sı­nın ilk Du­ma­sın­da be­lə azər­bay­can­lı­lar var idi. Həm də bir ne­çə nə­fər…
Ma­raq­lı­dır, bu­nun sə­bə­bi nə ilə bağ­lı­dır?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin (BDM) sədr mü­a­vi­ni Ələm­dar Nə­bi­yev bu­nun sə­bə­bi­ni müx­tə­lif amil­lər­lə əla­qə­lən­dir­di: “Bu­nun bir sə­bə­bi odur ki, bi­zim Ru­si­ya­da­kı həm­və­tən­lə­ri­miz ar­zu­o­lu­nan sə­viy­yə­də ic­ti­mai-si­ya­si ak­tiv­lik gös­tər­mir. Baş­lı­ca sə­bə­bi isə on­dan iba­rət­dir ki, öz­lə­rin­də ira­də ta­pıb gü­cü bir ye­rə qo­ya bil­mir­lər. Yə­ni par­ça­lan­dıq­la­rı­na gö­rə la­zı­mi nə­ti­cə or­ta­ya qoy­maq müm­kün ol­mur. Öz­lə­ri­ni na­mi­zəd ki­mi gö­rə bil­mir və o gü­cü öz­lə­rin­də hiss edə bil­mir­lər. Əsas sə­bəb bun­dan irə­li gə­lir. Yə­ni azər­bay­can­lı­lar Ru­si­ya­da ha­zır­kı dövrdə kom­pakt for­ma­da gü­cü­nü or­ta­ya qo­ya bil­mir. O sə­bəb­dən də bir nə­fər də ol­sun azər­bay­can­lı Du­ma­da təm­sil olun­mur. Baş­qa bir tə­rəf­dən, həm­yer­li­lə­ri­mi­zin bir qis­mi ümu­miy­yət­lə öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tı­na qa­rış­mır. Si­ya­sət­də iş­ti­rak et­mir­lər, ic­ti­mai hə­yat­dan kə­nar­da qa­lır­lar, an­caq do­la­nı­şıq, iq­ti­sa­di mə­sə­lə­lə­rə da­ha çox diq­qət ye­ti­rir­lər. Hal­bu­ki, Ru­si­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zın öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da fə­al ol­ma­sı­na eh­ti­yac var”. (Baki-Xeber)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın