Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Donald Tramp İlham Əliyevlə görüşmək istəyir

Donald Tramp İlham Əliyevlə görüşmək istəyir

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanında ABŞ lideri Donald Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub.

Sputnik Azərbaycan-ın “Al-Arabiya”ya istinadən verdiyi məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq. Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub.  Sammit Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçiriləcək. Səudiyyə Ərəbistanı kralı Salman bu sammiti “tarixi” olaraq dəyərləndirib. Toplantının təşəbbüskarının ABŞ tərəfi olduğu vurğulanır.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın