Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Dolu və leysan xarakterli yağış yağacaq – PROQNOZ

Dolu və leysan xarakterli yağış yağacaq – PROQNOZ

Aprelin 22-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Azinforum.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, həmçinin arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …