Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Dmitri Peskov Qarabağda erməni təxribatı barədə

Dmitri Peskov Qarabağda erməni təxribatı barədə

Kreml Ermənistan qoşunlarının Füzulinin Alxanlı kəndində törətdiyi təxribatı şərh edib.

Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib: “Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq”.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın