Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Diqqətli olun: Siz də bu üsulla aldadıla bilərsiniz (VİDEO)

Diqqətli olun: Siz də bu üsulla aldadıla bilərsiniz (VİDEO)

Şəhərin mərkəzində 3 otaqlı lüks təmirli ev təqdim edilir. Həmdə cəmi 6,500 manat ilkin ödəniş və ayda 355 manat olmaqla 25 illik kreditlə. Üstəlik səhifdə onlarla belə video yerləşdirilib və bütün evlər real dəyərindən aşağı təqdim edilir.

Bu görüntülər instagram bir səhifə tərəfindən paylaşılır.Üstəlik səhifədə qoyulan əhatsap nömrəsinə müraciət etdikdə də ”ofis haqqı” kimi 100 manat istənilinir və yalnız bundan sonra suallara cavab veriləcəyi bildirilir. Ofisin yerini soruşduqda isə satışın yalnız oline olduğu bildirilir. Həmin nömrəyə zəng etdikdə ya açılmır , ya da səhv düşdüyü bildirilir.

Hüquqşünaslar isə son zamanlar bu tip hallara tez-tez rast gəlindiyini və nəticədə əksər hallarda istehlakçıların aldadıldığını bildirir.

Əgər vətəndaş bu şəkildə aldadılarsa mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Bununla yanaşı vurulan ziyan 500 manatdan çoxdursa onu edən şəxs cinayət məsuliyyətinə də cəlb edilə bilər. Vətndaşlar ona dəyən ziyanın ödənilməsi üçün məhkəməyə də müraciət edə bilər.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …