Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / DİQQƏT: sabahdan məktəblərdə qış tətili başlayır

DİQQƏT: sabahdan məktəblərdə qış tətili başlayır

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır. 
Moderator.az xəbər verir ki, 2017/2018-ci dərs ilində məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və yanvarın 31-də başa çatacaq.
Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil – 15 sentyabr – 26 yanvar; ikinci yarımil – 1 fevral – 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …