Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Sosial / “Diqlas”ın yerində nə tikiləcək?

“Diqlas”ın yerində nə tikiləcək?

2019-cu ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev keçəsi 81Q ünvanında-elektrik qısaqapanması nəticəsində yandığı deyilən “Diqlas Ticarət Mərkəzi”nin yerində o vaxtdan indiyə qədər hasara alınan torpaq sahəsində hələlik heç bir tikinti işləri aparılmır. 

Sakinləri maraqlandıran əsas suallardan biri də obyektin nə vaxta qədər boş torpaq sahəsi kimi hasarda qalmasıdır. 

Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi İltifat Mehtiyev Yenisabah.az-a bildirib ki, həmin ərazi sahibkarlıq subyekti olduğundan hansı məqsədlə istifadə ediləcəyi haqda heç bir məlumatı yoxdur: “Kimə məxsus olduğunu bilmirik, sahibkarlıq subyekti olduğuna görə də tikintinin nə vaxt və hansı obyektin tikilməsi ilə bağlı məlumatımız da yoxdur”.

Azərbaycan Sahibkarlar Konfiderasiyasından da bu haqda hər hansı məlumata malik olmadığqlarını bildirdilər. 

Orada tikinti işlərinin aparılması ilə bağlı müraciətlərin olub-olmamasıyla əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğluna ünvanlığımız suala cavabı  belə oldu. “Həmin ərazidə  tikinti işlərinin aparılması üçün icazəyə dair müraciət daxil olmayıb”.

Bildirək ki, 2019-cu il səhər saatlarında  “Diqlas Ticarət Mərkəzi”ndə yanğın baş verib. Yanğında 10 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlərdən 6 nəfər yüngül xəsarət alıb.

Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti “Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” Sərəncam imzalayıb. 

Martın 29-da isə “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Həmçinin oxuyun

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan …