Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Diqlas”dakı yanğında xəsarət alan olubmu? (AÇIQLAMA)

“Diqlas”dakı yanğında xəsarət alan olubmu? (AÇIQLAMA)

Xəbər verdiyi kimi səhər saatlarında 8-ci kilometr bazarının yaxınlığında yerləşən Diqlas Ticarət Mərkəzində güclü yanğın olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yanğın zamanı xəsarət alnların olub olmaması ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisinin sözlərinə görə yanğın zamanı xəsarət alan və ya zəhərlənən olmayıb:
“Hadisə yerində 6 briqadamız var. Heç bir tələfat yoxdur. Zəhərlənmə ilə əlaqədar təcili yardıma müraciət edən olmayıb”. 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi isə report-a açıqlamasında bildirib ki, 10 nəfər tüstüdən zəhərlənib və müayinə olunduqdan sonra buraxılıblar.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …