Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Sosial / “Diqlas”a görə bağlanan yollar açıldı

“Diqlas”a görə bağlanan yollar açıldı

Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, hərəkət prospektin metronun “Neftçilər” stansiyasından “Xalqlar dostluğu” stansiyası istiqamətində olan hissəsində bərpa edilib. Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər.

Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.

Həmçinin oxuyun

“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” – İlham Əliyev

“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da …