Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Diplomatlarımızın kartof-soğan biznesi

Diplomatlarımızın kartof-soğan biznesi

Hələ iki il əvvəl XİN əməkdaşı Anar Hüseynzadənin Biləcəri bazarına şərik olması barədə məlumat daxil olmuş və bu mövzuda bir neçə məqalə yazılmışdı. Həmin məlumatda deyilirdi: “Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 78 ünvanda yerləşən köhnə kolxoz bazarının sahibləri olan iş adamları Zaur Əliyev və Anar Hüseynzadə ilə “Fresco” şirkəti arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə bazarın sahibləri bazarın fasad-üz tərəfini yenidən təmir etməli, daxilində isə dizayn işlərini aparmaq “Fresco” şirkətinin üzərinə düşüb. Ancaq neçə vaxtdır ki, bazarın təmiri bitmir. Daxil olan məlumatda o da ehtimal olunur ki, rayonun icra başçısı bazarın sahiblərinə bazarda təmir-tikinti işləri aparılması üçün astronomik qiymət deyib, nəticədə isə onların “Fresco” arzusu ürəklərində qalıb.

Məlumat üçün qeyd edək ki, bazarın sahiblərinin ikisi də əslən şəmkirlidir. Yeri gəlmişkən, Biləcəri qəsəbəsinin Bələdiyyə sədri İlham XəlScreenshot_2014-09-18-15-09-16_resized-439x439ilov (hazırda İ.Xəlilov bələdiyyə sədri deyil – müəllif) və yeni icra başçısı da əslən Şəmkirdəndir. İlham Xəlilovun yeni başçının sağ əli olması da hamıya məlumdur.Ancaq deyilənlərə görə, İlham Xəlilov bazarın sahiblərini təzə başçıya elə “miqyas”da təqdim edib ki, başçı da astronomiya elminə baş vurmalı olub, göydə ulduzların sayı-filan…

Qeyd edək ki, bazar sahiblərinin ataları da uzun illər məmur vəzifələrində çalışıblar. Zaur Əliyevin atası Nadir Əliyev Gənclər və İdman Nazirliyində mühüm vəzifədə çalışıb. Anar Hüseynzadənin atası Nadir Hüseynzadə isə uzun illər notarius müdiri işləyib”.

Həmin məlumatda qeyd olunurdu ki, A.Hüseynzadə birinci dəfə Sankt-Peterburqda Qüdsi Osmanovun müavini olarkən diplomatik uğursuzluğa düçar olub: “Və Osmanovun onun barəsində XİN-ə şikayətindən sonra nazirlikdən xaric olunub. Sonradan isə yenidən nazir Elmar Məmmədyarovun yaxınları ilə əlaqə quraraq XİN-ə qayıtmağa müvəffəq olub”.

Maraqlıdır ki, Anar Hüseynzadə bunu saytımıza açıqlamasında inkar etsə də, Biləcəri qəsəbəsinin icra nümayəndəliyinin mühəndisi Osman Qasımov qafqaznews.az-ın yazdığını təsdiqləmişdi: “Anar Hüseynzadə həqiqətən də Biləcəri qəsəbəsindəki bazarın şərikidir”.14011828_279891179050949_45125401_n

Maraqlıdır ki, b1453909447u istiqamətdə XİN tərəfindən hər hansı addım atılmasının da şahidi olmadıq. Bu günlərdə isə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qardaşı ilə bağlı dərc olunan yazılar sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb oldu. Araşdırma zamanı mətbuatda Abbasəli Həsənovun oğlu Anar barədə də maraqlı məlumatlarla üzləşmişdik. Belə ki, “Report”un yazdığına görə, 19 may 2015-ci ildə Binəqədi rayonunda baş verən bina yanğınıyla bağlı Anar Həsənov və onun qayınatası Miryusif Mahmudov istintaqa cəlb olunmuşdu. Qayınata həbs olunsa da, kürəkən dindirmədən dərhal sonra ölkəni tərk edir… Və heç kim onu axtarmır.

Bu, əlbəttə ki, “kiçicik” məlumat deyildi. Amma nədənsə, XİN-də yenə sükut müşahidə olundu. Abbasəli Həsənovun qardaşı İsaq Həsənzadə Aydın Bağırov adlı sahibkar tərəfindən 20 min ABŞ dollarından çox pulu mənimsəməkdə ittiham olunur. Hətta Aydın Bağırovun sözlərinə görə, İ.Həsənzadə ona bildirib ki, pul Tacikistandadır, qardaşım göndərəndə verəcəyəm. XİN isə hələ də mətbuata açıqlama vermir. Səfirlərin və diplomatların mənəvi siması XİN-ə maraqlı deyilmi? Bəlkə, diplomatlarımız artıq xarici ölkələrdə kartof-soğan alverinə keçiblər, bununla da ölkəmizin qeyri-neft sektorunun inkişafına yardım edirlər? Bəli, bəli… Çox gözəl təşəbbüsdür. Tamamilə dəstəkləyirəm və alqışlayıram…

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …

Bir cavab yazın