Ana səhifə / Sosial / DİN-də daha bir dəyişiklik; Lənkəranın qalmaqallı polis rəisi təqaüdə göndərildi – Təyinat

DİN-də daha bir dəyişiklik; Lənkəranın qalmaqallı polis rəisi təqaüdə göndərildi – Təyinat

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) yeni polis rəisi təyin olunub.

Mia.az Report-a istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov vəzifəsindən azad edilərək Lənkəran ŞPRŞ-yə rəis təyin edilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynov təqaüdə göndərilib.

Mia.az onu da xəbər verir ki, M.Hüseynov əvvəllər Qazaxda polis rəsi işləyib. Sonradan o, Yasamal rayonunda polis rəisi olub. Bu rayondan isə Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinə təyin edilib. Məhz bu postdan o, Lənkərana rəis göndərilmişdi…

Onu da qeyd edək ki, əslən İmişli rayonundan olan M.Hüseynovun barəsində mətbuatda çoxlu tənqidi və qalmaqallı materiallar dərc olunub. Onun hətta Lənkəranda da xeyli qalmaqal yaradan aktlara imza atdığı dövrü mətbuatın gündəmində olub…

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın