Ana səhifə / Sosial / DİN: ”Ayxan Bağırov nazirin əmri ilə vəzifəsindən azad olunub, digər bir əmri ilə vəzifəyə təyin edilib”

DİN: ”Ayxan Bağırov nazirin əmri ilə vəzifəsindən azad olunub, digər bir əmri ilə vəzifəyə təyin edilib”

Musavat.com saytına DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovun açıqlaması daxil olub. Həmin açıqlamanı təqdim edirik: 
****
Dünən bir sıra Kütləvi İnformasiya Vasitələrində  polis polkovniki  Ayxan  Bağırovun  Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilməsi ilə bağlı xəbərlər yayıldı.  Əslində burada qeyri-adi görünəcək heç bir şey yoxdur. Lakin xəbər “Seyidovun işdən çıxardığı rəisə Usubov yeni vəzifə verdi” kimi mahiyyətinə qətiyyən uyğun olmayan başlıq altında dərc edildiyi üçün məsələyə münasibət bildirməyi lazım bildik.
Əvvəla qeyd edim ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru  Mirqafar Seyidov da, polis polkovniki Ayxan Bağırov da respublikanın daxili işlər orqanlarına rəhbərlik edən  general-polkovnik cənab Ramil Usubovun tabeliyində olan polis zabitləridir və onlar öz xidməti fəaliyyətlərində DİN-in əmr və göstərişlərinə  əsaslanırlar.  O ki qaldı Ayxan Bağırovun 2014-cü ildə Bakı şəhər BPİ-də tutduğu vəzifədən azad edilməsinə, məlumat üçün bildirim ki, o BPİ rəisinin əmri ilə deyil, məhz cənab nazirin əmri ilə vəzifəsindən azad edilib və nazirin  digər əmri ilə Mərkəzi Aparata, yəni Baş İstintaq və Təhqiqat İdarəsində  müvafiq vəzifəyə təyin edilib. İki ilə yaxın Mərkəzi Aparatda işləyən Ayxan Bağırov həm peşəkarlığını, həm də idarəçilik təcrübəsini daha da artırdı.  Bu günlərdə vakansiya olan bölmə rəisi vəzifəsinə təyinat məqsədilə DİN-də keçirilən müsabiqədə namizədlər sırasında olan Ayxan Bağirov müsabiqənin qalibi oldu və yenə də daxili işlər naziri cənab Ramil Usubovun əmriylə  39-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edildi.
Lakin təəssüflər olsun ki, bəzi mətbuat nümayəndələri xəbəri hazırlayarkən ya qeyri-peşəkarlıqdanmı, ya da konkret məqsədlə bilərəkdən xəbərin mahiyyətini təhrif edirlər ki,  bu da “KİV haqqında” Qanunun, “Jurnalist etikası haqqında” Kodeksin tələblərinin pozulması ilə yanaşı, həm də ictimaiyyətdə çaşqınlığa səbəb olur. Odur ki, hər hansı xəbəri hazırlayarkən mütləq qaydada aidiyyatı qurumlarla müvafiq dəqiqləşdirmələr aparmağı  hörmətli  mətbuat nümayəndələrindən bir daha xahiş və tələb edirik”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın