Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / DİM imtahanlarda köçürmə hallarına yol verən 205 nəzarətçi-müəllimi bazadan xaric edib

DİM imtahanlarda köçürmə hallarına yol verən 205 nəzarətçi-müəllimi bazadan xaric edib

 “Bu il ərzində müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi-müəllim bazadan xaric edilib”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.

M.Abbaszadə qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi-müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub. (Report)

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …