Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / DİM: Bu il buraxılış imtahanının nəticələri ötən illə müqayisədə yüksəkdir

DİM: Bu il buraxılış imtahanının nəticələri ötən illə müqayisədə yüksəkdir

“Ötənilki buraxılış imtahanının nəticələri 2020-ci illə müqayisədə daha yüksəkdir”.

“Report”un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, buna səbəb bu il üçün buraxılış imtahanlarında açıq sualların sayının 50 faiz azaldılmasıdır: “Bəlkə, ona görə də, nəticələr daha yüksək idi. Bəlkə də, şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox idi. Statistik göstəricilərdə nəticələri müqayisə etdikdə görürük ki, təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkilinə gəlincə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu”.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …