Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Sosial / “Deyirlər “Adına köhnə sovet maşını var və sənə yardım düşmür” – Deputat

“Deyirlər “Adına köhnə sovet maşını var və sənə yardım düşmür” – Deputat

“Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bu günədək yardımın effektiv olmadığı görünür: “Hesab edirəm ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar: “Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon manatadək vəsait sərf olunur. Bəlkə də daha effektiv olması üçün ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır. Birinə deyirlər “Adına köhnə sovet maşını var və sənə yardım düşmür”, yaxud “Adına torpaq sahəsi var sənə yardım düşmür”.

Həmçinin oxuyun

Sabahın duman, yağış, qar olacaq – PROQNOZ

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron …