Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Deyirdik, sosial məsafə saxlayın, bizi söyürdülər, indi də belə… – Professor

Deyirdik, sosial məsafə saxlayın, bizi söyürdülər, indi də belə… – Professor

“Kollektiv immunitet formalaşana kimi proses davam edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusunun sürətlə yayaılmasından danışarkən deyib. Onun sözlərinə görə, artıq çox adam bu virusa yoluxub: 

“Bir adam yoluxur, qısa zamanda ailədə hamını yoluxdurur. 
Bu proses dekabrın sonuna kimi davam edəcək, sonra isə yavaş yavaş səngiyəcək”. 
COVİD-19 virusu ilə bağlı testin pulsuz aparılmasına gəlincə isə Adil Qeybulla bunu mümkünsüz hesab etdiyini dedi:
“Problem çoxdur, bunları aradan qaldırmaq imkanlarımız yoxdur. Reallıqlar budur, neyləmək olar? Təcili Yardım çatdırmır, xəstə sayı çoxdur. Camaata deyəndə ki, maska taxın, tələblərə əməl edin, sosial məsafə saxlayın və s. sosial şəbəkələrdə ünvanımıza soyüşlər yazırdılar. Bundan ötrü deyirdik. Camaat zəfər yürüşündə nə oyun çıxardı? İndi bunun altını çəkirik. Gerizəkalı adamların hesabına hamı əziyyət çəkir. Təcili Yardım fiziki baxımdan çatmır. Xətəxanalarda yer yoxdur, minləırlə insanı xəstəxanaya necə doldurmaq olar? Ona nə həkim çatar, nə də tibb bacısı.
Nə qədər tibb bacısı və həkim xəstədir. Onlar da müalicə olunur”.

Həmçinin oxuyun

“Safari N MTK” dövlətə necə kələk gəlib? – İTTİHAM

Mənzilə görə ilkin ödəniş olaraq 50 min manat ödədim, yerdə qalan məbləği kredit şəklində 2 …