Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Deputatlığa namizəd məktəb və bağça müdirlərini saxtakarlıqda ittiham etdi…

Deputatlığa namizəd məktəb və bağça müdirlərini saxtakarlıqda ittiham etdi…

Moderator.az xəbər verir ki, Millət vəkilliyinə namizəd  Ülkər Musazadə məktəb və bağça müdirlərini saxtakarlıqda ittiham edib:
“Bildiyiniz kimi mən 33 saylı Xətai Seçki dairəsindən namizədliyimi öz təşəbbüsümlə irəli sürmüşəm. Mənim jurnalistlik fəaliyyətim boyu hər kəs mənim mövqeyimi bilir. Bilir ki, mən birtərəfəm və heç bir partiyanın maraqlarını təmsil etmirəm.
Mənim başlıca amalım dövlətə və dövlət rəhbərinin apardığı siyasətə dəstək, millətimə isə xidmət etməkdir. Mən bunun üçün yeri gəlsə mübarizə aparmağa da hazıram. Sizlərə seçki kompaniyasında müşahidə etdiklərim və başıma gələnlərlə bağlı məlumatları açıq şəkildə təşviqat kompaniyasının son günündə ətraflı danışacağam.
Sizlərə bəyan etmək istəyirəm ki, seçki kompaniyası ərəfəsində kimin lazimi səviyyədə təbliğat apardığı, kimin daş qalaq olunması, kimin öz seçiciləri ilə səmimi ünsiyyət qura bilməsi məlumdur və bunu xalq görür. Mən söz verirəm ki, düzgün, şəffaf yolla rəqiblərimdən hər kim qalibiyyət əldə edərsə, onu birinci mən təbrik edəcəyəm. Amma bizə məlum olan saxta yollara baş vuran şəxs, həmin şəxslə saxtakarlıqda əlbir olan məktəb və bağçalardakı məntəqələrin ciddi cəzalandırması üçün əlimdən gələni əsirgəməyəcəyəm! Mənim qələmimim itiliyindən xəbəri olanlar bunu bilir… Araşdırmaçı bir jurnalist olduğum üçün heç bir saxtakarlıqla bağlı örtülü məsələnin qalmayacağına da əmin ola bilərsiniz. Mən birtərəf olsam da dövlətçilik mövqeyinə xidmət etdiyimi heç bir zaman gizlətməmişəm. Amma bu saxtakarlığı şəxsiyyətindən, kimliyindən asılı olmayaraq kim etsə, nəticələrinə də qatlanacaqdır!”

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın