Cümə , İyul 19 2019
Ana səhifə / Sosial / Deputatlığa namizəd Çingiz Bayramov Yasamalda seçicilərlə görüşüb (FOTO)

Deputatlığa namizəd Çingiz Bayramov Yasamalda seçicilərlə görüşüb (FOTO)

Oktyabrın 21-də 16 saylı Yasamal rayon II seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Bayramov Çingizin  Yasamal rayonunda seçicilərlə görüşü keçirilib. Görüşdə Çingiz Bayramovun seçki qərargahının rəhbəri Səməd Vəkilov, vəkillərdən İsa Həsənzadə, Vəkil Piriyev və Raida Hüseynova, Çingiz Bayramovun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə, rayon ağsaqqallarından Dövlət Bədən Tərbiyəsi və İdman xadimi, professor Cavanşir Qurbanov çıxış ediblər.
Çingiz Bayramov öz seçki platformasını seçicilərə izah edəndən sonra çıxış edən vəkillər və səlahiyyətli nümayəndə deputatlığa namizədin platforması ilə əlaqədar öz fikirlərini bildirdilər və deputatlığa namizəd Çingiz Bayramova müvəffəqiyyət arzu ediblər.
Rayon ağsaqqalı professor Cavanşir Qurbanov öz çıxışında Çingiz Bayramov kimi xaricdə təhsil almış vətənpərvər gənclərin Milli Məclisdə təmsil olunmasının ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edib və Çingiz Bayramova uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Camal Əliyev rayon seçiciləri adından da seçki münasibətilə öz fikirlərini ifadə etdi və seçicilərin əksəriyyətinin Çingiz Bayramovu dəstəklədiyini bildirib.
Tədbirin sonunda Cingiz Bayramov seçicilərin suallarına cavab verib.











Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın