Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Deputatlarımız Avronest PA-nın komitələrinin iclaslarına qatılacaqlar

Deputatlarımız Avronest PA-nın komitələrinin iclaslarına qatılacaqlar

Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, iclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.

Komitələrdə Avropa İttifaqı və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının və inteqrasiyanın təminatı haqqında, həmçinin tərəfdaş ölkələrdə əmək bazarında qadınların vəziyyəti barədə hesabat layihələri, komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Ukraynanın baş naziri, Ali Radanın sədri, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulub.

Deputatlar müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …

Bir cavab yazın