Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Deputatlar qaz və işıq limitinin artırılmasını istəyirlər

Deputatlar qaz və işıq limitinin artırılmasını istəyirlər

Milli Məclisin bu gün keçirilən iclasında qaz və işıqla bağlı limitin artırılması təklif olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər: “Mən təklif edirəm ki, bu limitlər ən azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız”.

Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının  təkliflərini dəstəkləyib.

T. Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …