Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov AŞPA-nin sessiyasına qatılmayacaq

Deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov AŞPA-nin sessiyasına qatılmayacaq

Yanvarın 23-də Strasburqda Avropa Şurası Parlament Assaambleyasının (AŞPA) qış sessiyası açılır. Sessiya yanvarın 27-nə qədər davam edəcək.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, sessiyanın gündəliyinə Türkiyə və Ukraynada demokratiya institutlarının fəaliyyəti məsələləri, Suriya böhranı, jurnalistlərə hücum, onlayn-media və Avropada KİV azadlığı məsələləri daxildir.

Sessiyada həmçinin Kipr prezidenti Nikos Anastasiadisin, Rumıniya prezidenti Yohannis Klausun, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Komissarı Yohannes Xanın çıxışları planlaşdırılıb.

Deputatlar qarşısında Avropa Şurasının baş katibi Turbyorn Yaqland da çıxış edəcək.

Sessiya iştirakçıları Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, həmçinin regionun stabilliyi üçün risklər, Qəzzədə humanitar böhran və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada iştirak etmək üçün artıq Strasburqa yola düşüb.

Milli Məclisin saytında dərc edilmiş məlumata görə, beynəlxalq münasibətlər komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Rafael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildir.

Maraqlıdır ki, nümayəndə heyətinin tərkibində İtaliya prokurorluğu tərəfindən AŞPA deputatlarının, xüsusən Luka Volontenin rüşvətlə ələ alınması faktlarının araşdırılması ilə bağlı qalmaqalın fiqurantları olan deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov yoxdur. Bundan başqa, “Avropa sabitlik təşəbbüsü” QHT-si AŞPA-da korrupsiya faktlarına işıq salan “Kürü diplomatiyası-2” məruzəsi ilə çıxış edib.

60-ya yaxın vətəndaş cəmiyyəti fəalı AŞPA sessiyasına Süleymanovu və Məmmədovu assambleyadan çıxarmaq, Azərbaycan nümayəndə heyətinin səs hüququnu araşdırmanın yekunlaşana qədər dondurmaq çağırışı ilə müraciət ediblər.

Eyni zamanda, hakimiyyətyönlü 96 QHT adından Strasburqa Azərbaycan hökumətini müdafiə edən məktub göndərilib (“Amerikanın səsi”).

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …

Bir cavab yazın