Ana səhifə / Sosial / Deputatın şirkəti vətəndaşı ÇİLƏDƏN ÇIXARDIB…

Deputatın şirkəti vətəndaşı ÇİLƏDƏN ÇIXARDIB…

“Şikayətim “Kontakt Home” “reketlər” şəbəkəsindəndir. Bəli, düz oxudunuz “reketlər”…”

DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Qadir Ağakişiyev adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: “Deməli belə… Bir neçə il öncə, “Kontakt Home”dan 2 ədəd qızıl zəmanətlə telefon almışam. (Samsung J2 və Xiomi) . 10 12 gün sonra Samsung markalı telefonda problem yarandı. Apardım Sumqayıtda yerləşən servisə. Baxdılar qəbul elədilər və bildirdilər ki, 14 gün ərzində təmir olunub veriləcək. Əvəzinə mənə işlətmək üçün müvəqqəti telefon verməli olduqları halda, müxtəlif bəhanə ilə etmədilər.

Düşündüm ki, eybi yox təki telefon düzəlsin. 14 gün sonra telefon düzəlmədi. Servizdən bildirdilər ki, ehtiyat hissə yoxdur. Sonra maraqlı olan hadisə baş verdi. mınə bildirdilər ki, krediti ödə. izah etdim ki, mənəd olmayan telefona görə sizə nə üçün ödəmə etməliyəm axı?!. Onlar mənə telefonu vermədilər, məndə ödəmə etmədim. Bizi məhkəməyə verdilər.

Müzəffər Sumqayıt şəhər məhkəməsi onların xeyrinə qətnamə çıxardı . Getdim mağazalarına, deyirəm, “əzizim, telefon sizdədir, mən işlətməmişəm, sizə niyə ödəmə etməliyəm axı?!” Deyir, “ödəməlisiniz”…

Bu yaxınlarda Sumqayıt İcra idarəsi həmin pulun anamın maaşından tutulması üçün icraat başlayıb 50 faiz məbləğ. Anam 250 manat maaş alır. Əgər “Kontakt Home” rəhbərliyi həmin pulla kökələcəksə, ünvanını versin, gətirim qapısına verim, amma boynuna alsın ki “reketdir”, mağaza yox. Zatən o pulu tutsalar belə, sizə qusduraram o pulu…

İnsanları boğaza yığmayın. Qələt edib sizdən nəsə almadıq ki,əsəblərimizi korlayasınız…”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …