Ana səhifə / Sosial / Deputatın işdən çıxarılan oğluna DİN-də vəzifə verildi

Deputatın işdən çıxarılan oğluna DİN-də vəzifə verildi

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

“Report”un xəbərinə görə, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Onu da xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın