Ana səhifə / Sosial / Deputatdan sərt sözlər: – `Günahkar öz millətimdir…`

Deputatdan sərt sözlər: – `Günahkar öz millətimdir…`

“Əsrlər boyu itirdiyimiz torpaqların günahkarı kimi öz millətimizi görürəm”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Adil Əliyev sosial şəbəkədəki hesabında bildirib.

Deputatın fikrincə, tutduğu vəzifəsindən, maddi imkanından, mövqeyindən, yaşından asılı olmayaraq, heç bir maraq güdmədən, millətinə və xalqına xidmət etmək hər bir kəsin borcudur: “Əgər bizlər xalqımızın gələcəyi naminə görülən işlərə biganə yanaşsaq, əsrlər boyu başımıza gətirilən haqsızlığın, bundan sonra da təkrarlanmasının şahidi olacağıq. Mən əslər boyu itirdiyimiz torpaqların günahkarı kimi öz millətimizi görürəm. Çünki, bizlər millətimizin qazandığı uğurlara, nəinki sevinmirik, hətta qısqanırıq”.

Millət vəkili ötən gün Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanov Hollandiyalı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olması xəbərini ölkə mediasında yetərincə işıqlandırılmamsına görə KİV-ləri qınaq obyektinə çevirib:

“Əgər ölkədə xoşagəlməz, bədbaxt hadisə baş versəydi, indi saysız-hesabsız, oxunan və oxunmayan saytlar, qəzetlər manşet vermişdilər. Ramal Aslanov mənim əqrabam deyil, o sadəcə xalqımın balasıdı, gözəl idmançıdır. Ramal dünya kəmərini haqq edib, qazanıb. Onun uğuruna bütün Azərbaycan xalqı sevinməlidir. Nə üçün xalqımızın bütün təbəqəsi, bu sevinci paylaşmamalıdır? Nə üçün bütün saytlar və qəzetlər, bu sevincli xəbəri yaymırlar? Hələlik torpaqlarımızın 20% işğal altındadır. Ona görə də biz gənclərimizi milli ruhda böyütməliyik. Bəyəm bu cür münasibət, millətimizin balalarının, milli, vətənpərvər ruhda böyüməsinin qarşısının alınması deyilmi? Bu gün idman zallarına gələn yeniyetmə, sabahın əsgəri deyilmi? İstəyirəm biləsiniz ki, bu işlərdə, yeni idmançılarımızın dünya arenasına çıxarılmasında, mən və rəhbərlik etdiyim federasiya heç bir maddi maraq güdmürük, məqsədimiz millətimizi təmsil edən idmançılarımızı, ən güclü arenalarda görməkdir. Saxta titullarla özümüz-özümüzü aldatmamalıyıq. Kimin gücü nəyə çatır, xalqımızın yolunda əsirgəməməlidir. Heç kim və heç nə bu dünyada əbədi deyil”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın