Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Deputatdan məmura sərt mesaj: “Ola bilər ki, o, özünü kişi saymır”

Deputatdan məmura sərt mesaj: “Ola bilər ki, o, özünü kişi saymır”

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranis qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədov ilk oxunuşdan sonra onun adından guya qanun layihəsinin əleyhinə olması barədə mətbuatda yazılanlara etiraz etdi. O bildirdi ki, bu, referendumdan irəli gələn qanun layihəsidir, sadəcə onun yumşaldılmasını, yenidən işlənməsini zəruri sayıb.

Komitə sədri Əli Hüseynli də onun fikirlərini təsdiqlədi: “Bu layihə ancaq deputatların etik davranışını müəyən edir, bu kateqoriyaya aid olmayan məsələlər isə layihədən çıxarılıb. Hədiyyələrlə bağlı layihədəki maddə müzakirələrə səbəb olduğundan ona da düzəliş edilib”.

Deputat Qüdrət Həsənquliyev spikerə təşəkkür etdi: “Oqtay müəllim, sizin tövsiyələrinizlə qanun layihəsi xeyli yüngülləşdirilib. Ona görə də biz üçüncü oxunuşda da qanun layihəsini qəbul edə bilərik”.

Daha sonra Q.Həsənquliev yaltaqlıqla bağlı maraqlı fikirlər səsləndirdi: “Bizdə hansısa məmur yaltaqlanamaq üçün deyir ki, Azərbaycanda bir kişi var. Ola bilər ki, o, özünü kişi saymır, özü bilər. Ancaq biz hamımız özümüzü kişi hesab edirik. Bizim ölkəni təhlükələrdən qoruyan generallımız, kişilərimiz var. Bu, yaltaqlığın ən iyrənc formasıdır. Bu adam fikirləşmir ki, evə gedəndə uşaq ondan soruşa bilər ki, bəs, sən özün kimsən? Bunu deməkdə məqsədim var, bizim məmurlar yaltaqlananda heç olmasa bilsinlər ki, hansı formada yaltaqlanmaq lazımdır. Ona görə də biz açıq formada yaza bilərik ki, deputat yaltaq olmamalıdır”.

Spiker maraqlı reaksiya verdi: “Sənin ürəyin doludur, bilirəm haradan gəlir, amma yaltaqlğın şkalasını göstər, qırmızı, yaşıl, sarı, biz də baxaq”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olundu.

 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın