Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM: “Heç kim icazəsiz daşı daş üstünə qoya bilməz”

Deputatdan İcra hakimiyyətlərinə İTTİHAM: “Heç kim icazəsiz daşı daş üstünə qoya bilməz”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Bayılda qeydə alınan sürüşmə ilə bağlı danışarkən deyib ki, tikinti zamanı normalara əməl olunmur:
“Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır. Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz”.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, icazəsiz hər hansı tikinti getmir:
 “Baxır evlər neçə mərtəbəlidir: bir, iki, üç, doqquzmərtəbəli və s. Bayıl ətrafında tikilən evlərin hamısı birmərtəbəlidir. Deyilənə görə, əksəriyyətində məcburi köçkünlər məskunlaşıb. Digər tərəfdən, bu evlərin hamısı tikiləndə razılıq verilib. Azərbaycanda heç kim icazəsiz daşı daş üstünə qoya bilməz. Ola bilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin rəyi olmayıb. Amma yerli İcra Hakimiyyəti orqanlarının, Bakı Şəhəri İcra Hakimiyyətinin xəbərinin olmaması mümkün deyil. Həyətdə daşı daş üstə qoymamış 10 dəqiqə sonra sahə müvəkkili gəlib vətəndaşın başının üstünü kəsdirir. Ona görə də bunların hamısı utopiyadır”.
Deputat qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlar iş aparır.
Qeyd edək ki, ərazidə apaşdırma aparan mütəxəssislər Bayıl dağ yamacının  altında iki yeraltı çayın axırdığını müəyyən ediblər. Bildirilir ki. bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Rəsmi məlumata görə, Nazirlər Kabineti tərəfindən ərazi ilə bağlı müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …