Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Deputat: ““Uşaqpulu” verməsi ilə bağlı müsbət niyyət var“

Deputat: ““Uşaqpulu” verməsi ilə bağlı müsbət niyyət var“

“Uzun müddətdir mətbuatda da, sosial şəbəkələrdə də “uşaqpulu” ilə bağlı müzakirələr gedir. Azərbaycan ailələrinə “uşaqpulu” verilməsi ilə bağlı müsbət fikirlər də səslənir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahim qızı deyib.

Onun sözlərinə görə, hökumətin gələcəkdə “uşaqpulu” verməsi ilə bağlı müsbət niyyəti var:

“Amma biz hər bir şeydə ehtiyac və imkanları uyğunlaşdırmalıyıq. Bu gün şəhid ailələrinin sosial problemlərini həll etməli, şəhid övladlarının qayğısına daha çox qalmalıyıq, qazilərin müalicəsi həyata keçirməli, 1 milyondan artıq keçmiş məcburi köçkünü yurduna qovuşdurmalıyıq, azad olunmuş ərazilərimizi minadan təmizləməliyik…

Hələ nə qədər işlər var. Qarabağa “Böyük Qayıdış” başlayıb. Çünki Azərbaycanı sevməyən qüvvələr, erməni lobbisi bu gün İrəvanda aranı qarışdırmaq istəyir. Məqsədləri qazandığımız, yeni reallıq yaratdığımız bölgədə problem yaratmaqdır. Ona görə də bu gün əsas hədəfimiz bu istiqamətdədir. Azərbaycanın içində müəyyən qüvvələr var ki, bu məsələdən də istifadə edirlər. Amma əminəm ki, “uşaqpulu” problemi də müsbət həllini tapacaq”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …