Ana səhifə / Sosial / Deputat quzuların kəsilməsinə qarşı çıxdı – “Onlar hələ yetişməlidir”

Deputat quzuların kəsilməsinə qarşı çıxdı – “Onlar hələ yetişməlidir”

“Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarıldığı və həmin məhsulların görüntüləri televiziyada yayımlanır.Televiziyada təhlükəli cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir”.

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir.

“Yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın”.

T.Rzayev həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb.

“Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …