Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Deputat palata sədrinə yenə irad tutdu –“Sən artıq keçdin siyasətə…”

Deputat palata sədrinə yenə irad tutdu –“Sən artıq keçdin siyasətə…”

Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb.
Rüfət Aslanlı Vahid Əhmədovun banklara və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı ittihamlara cavab verərkən təmsil etdiyi qurumun dövlətin tərəfində olduğunu bildirərək Azərbaycanda baş tutmuş Konstitusiya dəyişiklərindən danışıb:
“Biz dövlətin tərəfindəyik. Dövlət isə xalqdır. Dövlət xalqın iradəsini ifadə etməlidir. Mən hesab edirəm ki, Azərbaycan iqtidarı hər zaman xalqın iradəsini ifadə edib, edir və etməkdədir. Bunu öz gündəlik fəaliyyətində nümayiş etdirir. Bir müddət öncə cənab prezidentin təşəbbüsü ilə Konstitusiyay edilmiş dəyişiklərlə bağlı keçirilən refendumda Azərbaycan xalqının göstərdiyi münasibət dövlət, dövlət orqanlarını xə xalqın yekdilliyinin sübutudur. Mən siyasətçi deyiləm. Bununla da məsələnin siyasi hissəsini bitirirərəm”.
Deputat Vahid Əhmədov isə maliyyə qurumu rəhbərinin siyasətdən danışmasına bu cür münasibət bildirib: 
“Sən artıq keçdin siyasətə…”.
Rüfət Aslanlı isə Vahid Əhmədova belə cavab verib:
“Vahid müəllim, mən ittihamlara reaksiya verməliyəm. Biz işimizlə məşğuluq deyə, bütün məsələlərə və fikirlərə çox həssas yanaşırıq”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın