Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Deputat Naxçıvana reyslərin bərpası ilə bağlı məsələ qaldırdı: “Vəziyyət dözülməzdir”

Deputat Naxçıvana reyslərin bərpası ilə bağlı məsələ qaldırdı: “Vəziyyət dözülməzdir”

Deputat Fazil Mustafa Nazirlər Kabineti yanında operativ qərargaha yazılı müraciət edib.

Bununla bağlı F.Mustafa “Facebook” hesabında yazıb.

O bildirib ki, müraciəti Naxçıvana təyyarə reyslərinin açılması ilə əlaqədardır.R

“Vəziyyət dözülməzdir, istirahət üçün getmək istəyənlər lütfən gözləsinlər, Naxçıvanda və burada üç aydır qalmağa məhkum olmuş insanlara, xəstələrə, uşaqlara üstünlük verilməklə sərnişinlər dərhal daşınmalıdır. Təbii ki, bu proses karantin qaydalarının tələbləri gözlənilməklə həyata keçirilməlidir”, – deyə F.Mustafa əlavə edib.

Onun fikrincə, həm Naxçıvanda, həm də Bakıda xüsusi işçi qrupu yaradılmalıdır. Deputat bildirib ki, həmin qrup yaxın 10 gün ərzind gediş-gəliş məsələlərini həll etməlidir:

“Bu insanların hava limanına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri ayrılmalıdır. İmkanı olmayan insanları dövlət biletlə təmin etməlidir. Çünki çoxunun cibində pulu qalmayıb. Karantin müddətini keçmələri üçün də xüsusi yer ayrılmalıdır. Hər dəfə orada və burada çıxılmaz, imkansız vəziyyətdə qalan naxçıvanlılarla danışanda təsəlli üçün söz də tapa bilmirəm”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …