Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Sosial / Deputat: “Maska taxmayan uşağa görə valideyni cərimələnəcək, bu, birmənalıdır”

Deputat: “Maska taxmayan uşağa görə valideyni cərimələnəcək, bu, birmənalıdır”

“Uşaq maska taxmırsa, onlara görə valideynləri cərimələnəcək”.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında sözügedən qərarın körpə uşaqdan ən yaşlı insanlara qədər hamısına şamil olunduğunu deyib:

“Bu qərarla bağlı yaş məhdudiyyəti yoxdur. Çünki koronavirus yaş kateqoriyasını nəzərə almır. Körpə uşaqdan ən yaşlı insana qədər bu virusa yoluxma ehtimalı var. Təbii ki, yaşlı insanlarda bu risk daha güclüdür. Amma buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə uşaqlar da, yeniyetmələr də bu bəlaya yoluxurlar. 

Qoruyucu vasitə olan maska ilə bağlı qanunda yaş kateqoriyası göstərilmir. Gəlin məsələni elə qoyaq ki, insanlar cərimələnməsin. Qanunun da fəlsəfəsi əslində budur. Maskadan istifadə edin ki, 50, 100 və 200 manat cərimələnməyəsiz. Əgər uşaq maska taxmırsa, onlara görə valideynləri cərimələnəcək. Bu, birmənalıdır”.

Həmçinin oxuyun

Kamran Əsədov: “Baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil”

Təhsil eksperti Kamran Əsədov Baş Nazir Əli Əsədovun bu gün təhsil haqqı ilə bağlı imzaladığı …