Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası 2015-ci il parlament seçkilərində 117 dairədən namizəd irəli sürüb.
Mia.az xəbər verir ki, partiya 117 namizəd arasında cəmi 24 dairədən xanımları deputat görmək istəyini rəsmən açıqlayıb.
Mia.az həmin namizədləri və onların vəzifələrini təqdim edir:
6 saylı Culfa-Babək seçki dairəsi
Həmzəyeva Ülviyyə Tapdıq qızı – Rəssam
8 saylı Binəqədi birinci seçki dairəsi
Əlizadə Aysel İsmayıl qızı – Müğənni
10 saylı Binəqədi üçüncü seçki dairəsi
Həsənova Samirə Yaşar qızı – Biləcəri bələdiyyə üzvü
14 saylı Xəzər seçki dairəsi
Əliyeva Mehriban Arif qızı – Deputat, Heydər Əliyev Fondunun prezidenti
17 saylı Yasamal üçüncü seçki dairəsi
Əhmədova Lalə Kərim qızı – Xəzərin icra başçısının müavini
21 saylı Nəsimi birinci seçki dairəsi
İbrahimqızı Məlahət İbrahim qızı – Deputat, YAP Nəsimi təşkilatının sədri
25 saylı Nizami ikinci seçki dairəsi
Vəliyeva Sədaqət Süleyman qızı – Deputat
27 saylı Sabunçu ikinci seçki dairəsi
Cəbrayılova Dilarə Məmmədağa qızı – 295 nömrəli tam orta məktəbin direktoru
28 saylı Sabunçu üçüncü seçki dairəsi
Cabbarova Xatirə Qılman qızı – 209 nömrəli tam orta məktəbdə direktor müavini
30 saylı Suraxanı birinci seçki dairəsi
Fətəliyeva Sevinc Həbib qızı – Deputat
31 saylı Suraxanı ikinci seçki dairəsi
Abidova Zərnişan Heybət qızı – Dəqiq məlumat yoxdu
35 saylı Xətai üçüncü seçki dairəsi
Ağrılı Aliyə Reyman qızı – YAP Gənclər Birliyinin fəalı
41 saylı Sumqayıt birinci seçki dairəsi
Abdullayeva Leyla Arif qızı – Sumqayıtın deputatı
52 saylı Quba seçki dairəsi
Həsənova Afət Əbil qızı – Qubada icra başçısının müavini
84 saylı Füzuli seçki dairəsi
Muradova Bahar Əvəz qızı – Vitse-spiker
86 saylı İsmayıllı seçki dairəsi
Qurbanova Xuraman Kamal qızı – İsmayıllı Gəndov kənd ümumi orta məktəbinın direktoru
88 saylı Göyçay seçki dairəsi
Hacıyeva Ləman Amil qızı – YAP İH-nin üzvü
98 saylı Şəmkir şəhər seçki dairəsi
Qafarova Sahibə Əli qızı – Deputat, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru
99 saylı Şəmkir kənd seçki dairəsi
Əliyeva Sona Sakit qızı – Şəmkirin icra başçısının müavini
103 saylı Gədəbəy seçki dairəsi
Hüseynova Sevinc Əmirəhməd qızı – Deputat
105 saylı Tovuz seçki dairəsi
Yusifova Rahilə Oruc qızı – Məktəb direktoru
111 saylı Zaqatala-Balakən seçki dairəsi
Əliyeva Kamilə Əlağa qızı – Deputat
117 saylı Oğuz-Qəbələ seçki dairəsi
Naxçıvanlı Aqiyə Həbib qızı – Deputat, Müəllimlər İnstitutunun rektoru
118 saylı Ağdam şəhər seçki dairəsi
Abbasova Gülnar Hadı qızı – YAP İH üzvü
MİA.AZ