Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Deputat Hüseynbala Mirələmovun qohumu avtomobillə iki tələbəni vurdu

Deputat Hüseynbala Mirələmovun qohumu avtomobillə iki tələbəni vurdu

Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub. “Report”un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib. Şahidlərin bildirdiyinə görə, qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsinin yaxınlaşdığını bilməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın