Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Deputat Hacıbala Abutalıbovun villalarının şəklini paylaşdı: –”Burada uşaqlar üçün internat açılsın”

Deputat Hacıbala Abutalıbovun villalarının şəklini paylaşdı: –”Burada uşaqlar üçün internat açılsın”

Milli Məclisin deputatı Etibar Əliyev Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu Suraxanı rayonunda torpaq sahələrini zəbt etməkdə ittiham edib.

Azpost.info bildirir ki, deputat bununla bağlı bir sıra məlumatları açıqlayıb və H.Abutalıbova məxsus olduğunu idda olunan villalarının fotolarını paylaşıb: “Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüf kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir. Görün nə qədər ərazini zəbt edib”.

Deputat bildirib ki, seçildiyi Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var: “Əgər Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər. Bu, mənə edilən müraciətlərdə yalnız 2 villadır”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …