Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Sosial / Deputat bölgələrdəki bahalıqdan danışdı: “Bir gecə qalmağa pulları çatmaz”

Deputat bölgələrdəki bahalıqdan danışdı: “Bir gecə qalmağa pulları çatmaz”

Azərbaycanda istirahət etmək Türkiyədə, Gürcüstanda Ukraynada istirahət etməkdən daha ucuz başa gəlir. Quru sərhədləri bağlı olduğu üçün əhali yay tətilində bölgələrə üz tutmağa üstünlük verir. Bölgələrdə isə qiymətlər “əl yandırır”. Rayonlarda günlük 50 manatdan ucuz ev tapmaq mümkün deyil. Bəzən bu rəqəm 100-150 manat arasında dəyişir. Otellərə isə ümumiyyətlə yaxın düşmək mümkün deyil. 

Bölgələrimizdə otel və evlərin baha olmasına səbəb nədir?

Milli Məclisin deputatı Razi Nurullayev Yenisabah.az-a açıqlamasında deyib ki, sadə bir Azərbaycan vətəndaşının nəinki Bakıda, hətta bölgələrdə də oteldə bir gün qalması mümkün deyil. Onun sözlərinə görə, həm paytaxtda, həm də rayonlarda qiymətlər çox bahadır:

“Bazarı tələb-təklif müəyyənləşdirdiyindən müdaxilə etmək olmur. Bu bazara turizm də daxildir. Bölgələrimizdə otel və evlərin qiymətinin baha olmasına səbəb rəqabətli mühitin yaradıla bilməməsidir. Bir-biri ilə rəqabətdə olan müxtəlif otellər tikilməlidir”.

Müsahibimiz bildirib ki,Azərbaycanın hər bir guşəsi gözəl olsa da xüsusi turizm yerləri vardır ki, orada otellər azdır və həmin otellər 5 ulduzdur. Təbii ki, sadə bir Azərbaycan vətəndaşı üçün bu oteldə bir gün belə qalmaq mümkün deyil: 

“Ötən illərə baxsaq Azərbaycanın turizm sahəsi yavaş-yavaş daha çox investisiya cəlb edir. Bahalaşmanın əsas səbəblərindən biri pandemiyanın 2 il turizm sahəsində durğunluq yaşatmasıdır. Pandemiya səbəbindən bütün investisiyalar və sərmayələr yarımçıq qaldı və otellərin bir çoxu bağlandı. İki illik durğunluğun ardından turizm sahəsi hələ də özünə gələ bilməyib”.

Həmsöhbətimiz qeyd edib ki, bahalaşmanın qarşısın almaq üçün hostel sistemləri yaradılsa və insanlar evindəki otaqlardan birini hostel kimi gələn turistlərə versə, bu məsələ qanuni şəkildə həll olunar.

Deputat təklif edib ki, iş adamlarına meşə ərazilərində və mənzərəsi gözəl olan yerlərdə otel tikməyə şərait yaradılsın.

Həmçinin oxuyun

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor – ARAŞDIRMA

Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş …