Ana səhifə / Sosial / Deputat Bakı – Quba yolu ilə bağlı baş nazirə müraciət etdi

Deputat Bakı – Quba yolu ilə bağlı baş nazirə müraciət etdi

“Bakı-Quba yolu bərbad vəziyyətdədir. Bu yolla gediş-gəliş ümumiyyətlə qeyri-mümkündür”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.

“Yolun bərbad olmasına görə şimal bölgəsinə gedən turistlərin sayı kifayət qədər azalıb. Mən bu yolun təmiri ilə əlaqədar aidiyyəti qurumlarla müzakirələr aparmışam. Onlar deyirlər ki, alternativ yol çəkilir. Ancaq o yol hələ gec istifadəyə veriləcək”, – deyə Vahid Əhmədov əlavə edib.

Deputat parlamentin iclasında iştirak edən baş nazir Əli Əsədova müraciət edərək ondan bu yolla əlaqədar müəyyən vəsaitin ayrılmasını və yolun təmirinə icazə verilməsini istəyib.

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …