Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Deputat: “Əməkhaqları hətta Ermənistandan da azdır”

Deputat: “Əməkhaqları hətta Ermənistandan da azdır”

“2019-cu ilin yanvar-aprel aylarında ümumidaxili məhsulun 2018-ci ilin eyni aylarına nisbətdə 2 faiz artması müşahidə olunub. Valyuta ehtiyatlarımız 3 milyard civarında artıb. Lakin 2014-cü illə müqayisədə ümumidaxili məhsulun hazırkı tempinin hələ uzun müddət bərpa olunması çətin olacaq”.
Bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, 28 milyard 720 milyon dollar bu müqayisədə aşağıdadır:
“Bu tempi yaxalamağımız büdcənin artmasına səbəb ola bilər. İki sadə müqayisə aparmaq istəyirəm – orta aylıq əmək haqqı və pensiya və təqaüdlər. Diqqət etsəniz, Azərbaycanda orta əmək haqqı 348 dollardır. Bu rəqəm Gürcüstandan 60, Belarusdan 133, hətta Ermənistandan 26 dollar azdır. 
Halbuki iqtisadi imkanlarımız əhalinin orta əmək haqqını daha yüksək səviyyəyə qaldırmağa imkan verir. Pensiyalarda da təribən eyni vəziyyətdir. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır. Azərbaycanla eyni əhalisi olan Belarus 2 milyon 594 min təqaüdçüyə və əhalinin 26 faizinə , Azərbaycanda isə 1 milyon 299 min təqaüdçüyə və əhalinin 13 faizinə pensiya verir. 
Görün nə qədər fərq var və bu da Azərbaycanda yaşayış səviyyəsinin aşağı olmasına gətirib çıxaran amillərdəndir”.
Deputat həmçinin qaz limitinin artırılmasından təqdir edib: “Elektrik enerjisi ilə bağlı da əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır. Bu gün bütün uçuşlar Kutaidən, Tiflisdən edilir. Qiymətlər baha olduğundan özümüzü bilə-bilə bu zərər salırıq”.
Fazil Mustafa Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …