Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / “Dedim ki, qaz iyi gəlir, nəsə olacaq” – İçərişəhərdə partlayışda yaralanan şəxs – Video

“Dedim ki, qaz iyi gəlir, nəsə olacaq” – İçərişəhərdə partlayışda yaralanan şəxs – Video

Xəbər verildiyi kimi, İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb:

“Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Qaz sızması qonşuluqdakı evdə baş verib. Yeni tikilidir, orada qalan yoxdur”.  

İsmayılov daha sonra “Dünən axşam evdə dedim ki, qaz iyi gəlir, nəsə olacaq. Elə bil, ürəyimə dammışdı”, – deyə əlavə edib.

Qeyd edək ki, hadisə nəticəsində ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri – 14 yaşlı Rəvan və 18 yaşlı Fərid, ev sahibi Ceyhun İsmayılovun həyat yoldaşı Səidə İsmayılova xəstəxanaya aparılıblar. Xəsarət alan ev sahibinə isə hadisə yerində yardım göstərilib. /Qafqazinfo

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …