Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur?- Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA

Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur?- Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA

“Riad” ticarət mərkəzi – “Şərq bazarı” istiqamətində hərəkət edən 199 saylı marşrut xətti kart sisteminə keçdikdən sonra nağdsız ödənişlə bağlı sərnişinlər arasında problem yaranıb.

Metbuat.az xəbər verir ki, yol boyu dayanacaqların bir neçəsində “Milli ÖN” ödəmə aparatı olmadığından, sərnişinlər avtobusa ödəniş etməkdə çətinlik yaşayırlar.
Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir:

“Bakı Nəqliyyat Agentliyi hansısa bir avtobus xəttinin kart sisteminə qoşulmasını öncədən planlaşdırır. Bu müddət ərzində həmin marşurt xətti boyunca təhlillər aparılır. Ehtiyac olarsa, yeni dayanacaq məntəqələri təşkil edilir və onlara “Milli Ön” aparataları qoyulur. 199 nömrəli müntəzəm marşurt xətti üzrə avtobusların kart sisteminə keçidi planlaşdırılmamış oldu. Növbədənkənar olduğu üçün orada ilk günlərdə ödəmə ilə bağlı problemlər vardı. Lakin qısa müddət ərzində əməkdaşlarımız tərəfindən ərazidə araşdırma aparıldı. Hazırda işlər davam etdirilir və zəruri yerlərə ödəmə terminalları qoyulur”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …